- Transfer
- 18:24 16.08.2026
Madrid “Real”ının yarımmüdafiəçisi Eduardo Kamavinqanın karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi mümkündür.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, 23 yaşlı fransalı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır. Madrid klubu isə baş məşqçi Joze Mourinyonun Kamavinqanı komandadakı layihəsinin əsas fiqurlarından biri hesab etməməsi səbəbindən oyunçu ilə bağlı təkliflərə baxmağa hazırdır.
Kamavinqanın xidmətində “Mançester Siti”nin də maraqlı olduğu bildirilir.
Fransalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla “Real”ın heyətində 43 oyunda meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Transfermarkt” portalı Kamavinqanın hazırkı bazar dəyərini 50 milyon avro qiymətləndirir.