30 sentyabr 2026. Çərşənbə

“Roma” Fofana üçün 40 milyon avro təklif etdi


  • Transfer
  • 18:07 16.08.2026
  • Oxunma sayı: 172
“Roma” Fofana üçün 40 milyon avro təklif etdi

İtaliyanın “Roma” klubu Fransanın “Lion” komandasının vingeri Malik Fofananı transfer etmək üçün rəsmi təklif göndərib.

90deqiqe.Az-ın “Tuttomercatoweb”ə istinadən məlumatına görə, paytaxt təmsilçisi 20 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır. Təklifdə əlavə bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir.

“Roma”nın yaxın vaxtlarda “Lion”la yekun razılığa gəlməyə çalışdığı qeyd olunur.

Lakin Fofananın transferində İtaliya klubunun rəqibi də var. Türkiyənin “Qalatasaray” komandası belçikalı futbolçunun xidmətində maraqlıdır və ona daha sərfəli şəxsi müqavilə şərtləri təklif etməyə hazırdır.

Qeyd edək ki, Fofana 2024-cü ilin yanvarından “Lion”un formasını geyinir. “Transfermarkt” portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir