16 avqust 2026. Bazar günü

“Everton” “Çelsi”nin hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 18:12 16.08.2026
  • Oxunma sayı: 24
“Everton” “Çelsi”nin hücumçusunu transfer etmək istəyir

“Çelsi”nin hücumçusu Liam Delap karyerasını “Everton”da davam etdirə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, Liverpul təmsilçisi 23 yaşlı futbolçunun transferi ilə bağlı London klubuyla artıq danışıqlar aparıb.

Bildirilir ki, “Çelsi” Delapı cəmi bir il əvvəl transfer etməsinə baxmayaraq, onunla yolları ayırmağa hazırdır. Klub ingiltərəli hücumçunun keçidi üçün 46,8 milyon avro tələb edir.

Məlumata əsasən, Delapın transferində hazırda “Everton” öndədir. Lakin klub bu mübarizədə “Mançester Yunayted”, “Nottingem Forest” və “Nyukasl”ın rəqabəti ilə üzləşir.

Qeyd edək ki, Delap ötən mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb. O, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer