16 avqust 2026. Bazar günü

“Aston Villa” Yaponiya millisinin qapıçısını transfer edir


  • Transfer
  • 18:24 16.08.2026
  • Oxunma sayı: 46
“Aston Villa” Yaponiya millisinin qapıçısını transfer edir

İngiltərənin “Aston Villa” klubu İtaliyanın “Parma” komandası ilə Yaponiya millisinin qapıçısı Zion Suzukinin transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Birmingem təmsilçisi 23 yaşlı qolkiper üçün 30 milyon avro ödəyəcək. Müqavilədə nəzərdə tutulan bonuslarla birlikdə transfer məbləğinin 35 milyon avroya qədər yüksələ biləcəyi bildirilir.

Suzuki ilə artıq 2031-ci ilin yayına qədər qüvvədə olacaq beşillik müqavilənin şərtləri razılaşdırılıb.

Məlumata görə, yaponiyalı qapıçı “Parma” rəhbərliyinə karyerasını məhz “Aston Villa”da davam etdirmək istədiyini bildirib.

Qeyd olunur ki, İngiltərə klubu Suzuki-ni iki il ərzində izləyib və argentinalı qapıçı Emiliano Martinesin komandadan ayrılacağı təqdirdə onu əsas namizəd kimi nəzərdən keçirib.

Xatırladaq ki, Suzuki-nin PSJ-yə keçidi də gündəmdə olub. Tərəflər arasında transferlə bağlı danışıqlar yekun mərhələyə çatsa da, keçid son anda baş tutmayıb.







Transfer