16 avqust 2026. Bazar günü

“Yuventus” Martines üçün təklifini artırmağa hazırdır


  • Transfer
  • 20:13 16.08.2026
  • Oxunma sayı: 37
“Yuventus” Martines üçün təklifini artırmağa hazırdır

“Yuventus”un “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transferi ilə bağlı danışıqlarında yeni detallar ortaya çıxıb.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Turin təmsilçisi 33 yaşlı argentinalı qolkiper üçün 10 milyon avro ödəməyə hazır olub. Bu məbləğin 7 milyon avrosunun zəmanətli ödəniş, 3 milyon avrosunun isə bonuslardan ibarət olduğu bildirilir.

“Aston Villa” isə Martinesin satışından 10 milyon avronu dərhal əldə etmək istəyir. Tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur.

Məlumata görə, futbolçunun şəxsi müqavilə şərtləri keçidin reallaşmasına mane olmayacaq.

“Yuventus” bununla yanaşı, qapıçı mövqeyi üçün digər namizədləri də nəzərdən keçirir.

Qeyd edək ki, Emiliano Martines ötən mövsüm bütün turnirlərdə 44 oyunda iştirak edib. Argentinalı qapıçı bu görüşlərdə 49 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb.







Transfer