- Transfer
- 21:00 16.08.2026
“Sportinq”in hücumçusu Luis Suaresin “Barselona”ya keçidi sual altındadır.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu kolumbiyalı futbolçunun 80 milyon avroluq transfer hüququnu almaq bəndindən istifadə etmək niyyətində deyil. “Barselona” bu məbləği yüksək hesab edir.
“Sportinq”in isə futbolçunun satışında endirim etməyi planlaşdırmadığı bildirilir. Bu səbəbdən 28 yaşlı hücumçunun karyerasını Portuqaliya klubunda davam etdirəcəyi gözlənilir.
Luis Suares ötən mövsüm “Sportinq”in heyətində bütün turnirlərdə 53 oyuna çıxıb. O, bu matçlarda 38 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Transfermarkt” portalı kolumbiyalı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.