1 oktyabr 2026. Cümə axşamı

“Yuventus” Emiliano Martines transferindən imtina edib


  • Transfer
  • 00:47 17.08.2026
  • Oxunma sayı: 270
“Yuventus” Emiliano Martines transferindən imtina edib

“Yuventus” “Aston Villa”nın qapıçısı Emiliano Martinesi bu yay heyətinə qatmayacaq.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Turin klubu 33 yaşlı argentinalının transferi ilə bağlı danışıqları davam etdirməkdən imtina edib.

Daha əvvəl “Yuventus” Martines üçün yeni təklif irəli sürüb və bundan sonra tərəflərin futbolçunun transfer məbləği ilə bağlı mövqeləri yaxınlaşıb. Qapıçının şəxsi müqaviləsinin şərtlərinin razılaşdırılması da problem hesab olunmayıb.

Lakin sonda İtaliya təmsilçisi danışıqlardan geri çəkilərək qapıçı mövqeyi üçün digər namizədlərə yönəlmək qərarına gəlib.

Qeyd edək ki, daha əvvəl “Aston Villa”nın “Parma”nın qapıçısı Zion Suzuki ilə transfer anlaşmasına gəldiyi bildirilib. Birmingem klubu yaponiyalı qolkiperə yeni mövsümdə əsas qapıçı kimi güvənməyi planlaşdırır.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir