17 avqust 2026. Bazar ertəsi

“Yuventus” Kolumbiya millisinin müdafiəçisini transfer etdi


  • Transfer
  • 11:36 17.08.2026
  • Oxunma sayı: 49
“Yuventus” Kolumbiya millisinin müdafiəçisini transfer etdi

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Turin təmsilçisi “Bolonya” və Kolumbiya millisinin mərkəz müdafiəçisi Con Lukuminin transferini rəsmiləşdirib.

28 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Transferin ümumi dəyərinin bonuslarla birlikdə 20 milyon avro təşkil etdiyi bildirilir.

Qeyd edək ki, Lukumi 2022-ci ildən “Bolonya”nın formasını geyinirdi. O, ötən mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 43 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Kolumbiyalı müdafiəçi bu il keçirilən dünya çempionatında da komandasının bütün oyunlarında – 5 qarşılaşmada tam heyətdə mübarizə aparıb.







Transfer