- Transfer
- 22:15 17.08.2026
İspaniyanın “Real” klubu İngiltərə təmsilçisi “Arsenal”ın və İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendiyə maraq göstərir.
90deqiqe.Az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Joze Mourinyonun 27 yaşlı futbolçunun transferinə müsbət yanaşdığı bildirilir. Hazırda tərəflər arasında mümkün keçidlə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, Martin Subimendi 2025-ci ildə “Real Sosyedad”dan “Arsenal”a transfer olunub. İspaniyalı futbolçu London klubunun heyətində keçirdiyi 57 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Subimendi İspaniya millisinin heyətində dünya çempionu tituluna da sahibdir.