17 avqust 2026. Bazar ertəsi

“Komo” Moyze Kin üçün 30 milyon avro təklif etdi


  • Transfer
  • 21:42 17.08.2026
  • Oxunma sayı: 36
“Komo” Moyze Kin üçün 30 milyon avro təklif etdi

İtaliyanın “Komo” klubu “Fiorentina”nın hücumçusu Moyze Kinin transferi ilə bağlı ilk rəsmi təklifini göndərib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.

Bildirilir ki, “Komo” 26 yaşlı futbolçu üçün ümumilikdə 30 milyon avro ödəməyə hazırdır. Bu məbləğin 5 milyon avrosunun icarə haqqı, 25 milyon avrosunun isə məcburi satınalma şərti ilə nəzərdə tutulduğu qeyd olunur.

“Fiorentina”nın isə bu təklifi qəbul etməyə hazır olmadığı bildirilir. Florensiya təmsilçisi Kini komandada saxlamaq niyyətindədir və futbolçunun yalnız daha yüksək məbləğ qarşılığında satışını nəzərdən keçirə bilər.

Qeyd edək ki, Moyze Kin ötən mövsüm “Fiorentina”nın heyətində keçirdiyi 33 matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib. İtaliya Kubokunda cari mövsümün ilk oyununda isə hücumçu 1 qolla yadda qalıb.







Transfer