17 avqust 2026. Bazar ertəsi

“Mançester Siti”nin Enzo Fernandes planı dəyişdi


  • Transfer
  • 21:58 17.08.2026
  • Oxunma sayı: 44
“Mançester Siti”nin Enzo Fernandes planı dəyişdi

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes hələ də “Mançester Siti”nin transfer gündəmindədir.

90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” argentinalı futbolçunu heyətinə qatmaq üçün əvvəlkindən daha yüksək məbləğ ödəməli olacaq. “Çelsi”nin Fernandes üçün 120 milyon funt sterlinqdən (təxminən 140 milyon avro) çox tələb edəcəyi bildirilir.

“Mançester Siti” “Çelsi”nin müəyyən etdiyi son tarixədək 120 milyon funt sterlinqlik təkliflə çıxış etmək imkanından yararlanmayıb. London klubunun bu məbləğlə bağlı müəyyən etdiyi son tarix cümə günü axşam başa çatıb.

Bildirilib ki, vaxtın azalması və “Çelsi”nin futbolçuya əvəzləyici tapmaq imkanlarının məhdudlaşması səbəbindən klub Fernandesin satışına daha yüksək qiymət qoyacaq.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının I turunda avqustun 24-də səfərdə “Fulhem”lə qarşılaşacaq.







Transfer