17 avqust 2026. Bazar ertəsi

“Arsenal”ın gənc ulduzuna İtaliya nəhəngindən ciddi maraq


  • Transfer
  • 22:05 17.08.2026
  • Oxunma sayı: 33
“Arsenal”ın gənc ulduzuna İtaliya nəhəngindən ciddi maraq

“Arsenal”ın yarımmüdafiəçisi İtan Nvaneri yay transfer pəncərəsi bağlanana qədər London klubunu tərk etmək niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

Mənbənin sözlərinə görə, 19 yaşlı futbolçuya İtaliyanın “Milan” klubu ciddi maraq göstərir. Milan təmsilçisinin nümayəndələrinin artıq “Arsenal”la əlaqə saxladığı bildirilir.

Nvanerinin gələcəyi ilə bağlı son qərarın özünə aid olacağı vurğulanıb.

Qeyd edək ki, Nvaneri ötən mövsümün ikinci hissəsini icarə əsasında Fransanın “Marsel” klubunda keçirib. O, burada 11 oyunda meydana çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

İngiltərə millisinin üzvünün “Arsenal”la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı 19 yaşlı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.







Transfer