17 avqust 2026. Bazar ertəsi

Ollie Uotkins “Əl-Hilal”la şəxsi şərtləri razılaşdırıb


  • Transfer
  • 22:11 17.08.2026
  • Oxunma sayı: 43
Ollie Uotkins “Əl-Hilal”la şəxsi şərtləri razılaşdırıb

İngiltərənin “Aston Villa” klubunun hücumçusu Ollie Uotkins Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Livescore” məlumat yayıb.

Bildirilib ki, Səudiyyə klubu 30 yaşlı ingiltərəli forvardı yayda komandadan ayrılması gözlənilən Kərim Benzemanın əvəzləyicisi kimi nəzərdən keçirir. Lakin “Əl-Hilal” hələlik “Aston Villa”ya Uotkins üçün rəsmi təklif göndərməyib.

Mənbənin məlumatına görə, Səudiyyə təmsilçisi əvvəlcə Benzemanın klubdakı gələcəyi ilə bağlı məsələni həll etməlidir. Fransalı hücumçunun müqaviləsi üzrə ödənişlərin bir hissəsi yalnız “Əl-Hilal”la deyil, həm də ölkənin futbol qurumları ilə əlaqəlidir. Benzemanın komandadan ayrılmağa razılıq verməsi üçün müqavilə üzrə qalan məbləğin tam şəkildə ödənilməsini tələb etdiyi bildirilir.

“Əl-Hilal”da Benzemanın gedişi transfer pəncərəsində əsas prioritet hesab olunur. Bu məsələ həll edildikdən sonra klubun Uotkinsin transferi ilə bağlı danışıqlara başlaması gözlənilir.

Qeyd edək ki, Ollie Uotkins ötən mövsüm yüksək məhsuldarlığı ilə seçilib və bütün turnirlərdə 21 qol vurub. Onun mümkün ayrılığı “Aston Villa” üçün ciddi itki sayılsa da, klub 17 yaşlı Brayan Madyoya əsas heyətdə yer uğrunda mübarizə aparmağa hazır futbolçu kimi ümid bəsləyir.

 







Transfer