17 avqust 2026. Bazar ertəsi

“Milan” “Strasburq”un vingerini transfer edir


  • Transfer
  • 22:15 17.08.2026
  • Oxunma sayı: 40
“Milan” “Strasburq”un vingerini transfer edir

İtaliyanın “Milan” klubu Fransanın “Strasburq” komandasında çıxış edən Dieqo Moreyranın transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” portalı məlumat yayıb.

22 yaşlı vingerin keçidi ilə bağlı danışıqların son mərhələdə olduğu və transfer məbləğinin təxminən 45 milyon avro təşkil edəcəyi bildirilir.

Sol ayaqlı cinah futbolçusu karyerasının müxtəlif dövrlərində Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Lakin əsas millidə Belçikanı seçən Moreyra 2026-cı il dünya çempionatının Belçika yığmasının heyətində yer alıb.

Moreyra ötən mövsüm klub səviyyəsində 42 oyunda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu daha əvvəl “Çelsi”, “Lion”, “Benfika” və “Standard” klublarının da formasını geyinib.







Transfer