- Transfer
- 23:37 17.08.2026
Almaniyanın “Ayntraxt” klubu hücumçusu Mişi Batşuayinin Səudiyyə Ərəbistanının “Abha” komandasına transfer olunduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı belçikalı forvard 2025-ci ilin fevralında “Qalatasaray”dan “Ayntraxt”a keçmişdi. O, Almaniya klubunun heyətində ümumilikdə 21 oyuna çıxıb və 4 qol vurub. Batşuayi ötən mövsüm 10 matçda 1 dəfə fərqlənib.
Futbolçunun transfer məbləği açıqlanmayıb. “Transfermarkt” portalı onun hazırkı bazar dəyərini 2 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Batşuayi karyerası ərzində “Standard”, “Çelsi”, “Marsel” və digər klubların formasını geyinib. O, Belçika millisində keçirdiyi 57 oyunda 22 qola imza atıb.