- Transfer
- 23:41 17.08.2026
Braziliyanın “Korintians” klubu Memfis Depayı heyətdə saxlamaqla bağlı maliyyə çətinliyi ilə üzləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Globo” məlumat yayıb.
Bildirilir ki, əsas problem yeni müqavilənin ümumi maliyyə şərtləri ilə bağlıdır. Depayın yeni sözləşməsinin, əvvəlki borc da nəzərə alınmaqla, təxminən 25 milyon avroya başa gələcəyi gözlənilir. Klub rəhbərliyi bu məbləği təxminən 5 milyon avro azaltmaq niyyətindədir.
“Korintians”ın prezidenti Osmar Stabile danışıqları davam etdirməzdən əvvəl klub məsələləri üzrə şuranın rəyini gözləyir.
Qeyd edək ki, Braziliya klubu daha əvvəl Depaya təqdim etdiyi təklifi geri götürsə də, bir neçə gün sonra danışıqları bərpa edib. Hazırda rəhbərlik futbolçunu komandada saxlamaqla yanaşı, maliyyə yükünü də azaltmağa imkan verəcək variant üzərində çalışır.
Memfis Depayın özü isə karyerasını “Korintians”da davam etdirməkdə maraqlıdır. Niderlandlı hücumçu ödəniş şərtləri ilə bağlı güzəştə getməyə hazır olduğunu artıq kluba bildirib.