- Transfer
- 23:41 17.08.2026
İngiltərənin “Tottenhem” klubu hücumçusu Riçarlisonun “Everton”a transferi ilə bağlı təklifi rədd edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “HotspurReports” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Tottenhem” “Everton”un təqdim etdiyi təklifi qənaətbəxş hesab etməyib. Təklifin maliyyə detalları açıqlanmayıb.
Bununla belə, Riçarlisonun özü sabiq klubuna qayıtmağa müsbət yanaşır. Braziliyalı futbolçu 2018-2022-ci illərdə “Everton”un formasını geyinib.
Qeyd edək ki, “Tottenhem” 2022-ci ilin yayında 29 yaşlı hücumçunu 58 milyon avro qarşılığında transfer edib. Riçarlison ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.