18 avqust 2026. Çərşənbə axşamı

“Qalatasaray” Aleksey Batrakov üçün 29 milyon avro ödəyəcək


  • Transfer
  • 23:07 17.08.2026
  • Oxunma sayı: 39
“Qalatasaray” Aleksey Batrakov üçün 29 milyon avro ödəyəcək

Türkiyənin “Qalatasaray” klubu Rusiyanın “Lokomotiv” komandasında çıxış edən Aleksey Batrakovun transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Çempionat” nəşri məlumat yayıb.

Bildirilir ki, “Lokomotiv” 20 yaşlı yarımmüdafiəçinin keçidindən 25 milyon avro sabit ödəniş və bonuslar şəklində daha 4 milyon avro əldə edəcək. Tərəflər arasında yekun razılıq avqustun 17-də saat 17:50-də əldə olunub.

Bonusların aktivləşməsi üçün “Lokomotiv” üçün yerinə yetirilməsi çətin şərtlərin müəyyənləşdirildiyi qeyd olunur. Bunlara çempionluq və futbolçunun bombardirlik göstəriciləri kimi nəticələr daxildir.

Mənbənin sözlərinə görə, 25 milyon avroluq əsas ödəniş də birdəfəlik həyata keçirilməyəcək. “Qalatasaray” bu məbləği iki il ərzində hissə-hissə ödəyəcək.

Qeyd edək ki, Batrakov ötən mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 28 milyon avro qiymətləndirir.







Transfer