18 avqust 2026. Çərşənbə axşamı

“Yuventus” “Tottenhem”in qapıçısını transfer edir


  • Transfer
  • 23:27 17.08.2026
  • Oxunma sayı: 52
“Yuventus” “Tottenhem”in qapıçısını transfer edir

İtaliyanın “Yuventus” klubu “Tottenhem”in qapıçısı Qulyelmo Vikaryonu heyətinə qatmağa hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı qolkiper yaxın zamanda İtaliya çempionatına qayıdacaq.

Bildirilib ki, Vikaryo Turin təmsilçisinə icarə əsasında keçəcək. Klublar arasında razılaşmaya futbolçunun sonradan transfer edilməsi üçün satınalma opsiyasının da daxil ediləcəyi gözlənilir.

Qeyd edək ki, italiyalı qapıçı 2023-cü ildən “Tottenhem”in formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 43 oyunda meydana çıxıb və 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, “Yuventus”un “Aston Villa” və Argentina millisinin qapıçısı Emiliano Martinesin transferindən imtina etdiyi daha əvvəl məlum olub.







Transfer