18 avqust 2026. Çərşənbə axşamı

“Leypsiq” 19 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 23:30 17.08.2026
  • Oxunma sayı: 36
“Leypsiq” 19 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır

Almaniyanın “Leypsiq” klubu “Köln”ün vingeri Səid Əl-Malaya transfer təklifi hazırlayır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Bild” məlumat yayıb.

Bildirilib ki, Leypsiq təmsilçisi 19 yaşlı futbolçunu Madrid “Real”ına keçən Yan Diomandenin əvəzləyicisi kimi nəzərdən keçirir. Klubun Əl-Mala üçün 50 milyon avro sabit ödəniş və bonuslarla birlikdə daha 10 milyon avro təklif etməyə hazırlaşdığı qeyd olunur.

Mənbənin məlumatına görə, Əl-Mala “Borussiya” (Dortmund) klubunun ötən həftə transfer uğrunda mübarizədən çəkilməsindən sonra “Leypsiq”ə keçməyə razıdır. Daha əvvəl onun İngiltərənin “Brentford” klubuna transferinin də baş tutmadığı bildirilmişdi.

Qeyd edək ki, Əl-Mala ötən mövsüm Almaniya çempionatında 34 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer