- Transfer
- 23:53 17.08.2026
İngiltərənin “Brayton” klubunun yarımmüdafiəçisi Karlos Baleba yay transfer pəncərəsində komandadan ayrıla bilər.
90deqiqe.Az-ın “Daily Mail Sport”a istinadən məlumatına görə, “Brayton” 22 yaşlı kamerunlu futbolçunun transferinə təxminən 70-76 milyon avro qarşılığında razılıq verməyə hazırdır.
Baleba ilə uzun müddətdir “Mançester Yunayted” maraqlanır. “Qırmızı şeytanlar”ın futbolçunu bir ildən artıqdır izlədiyi bildirilir. Lakin “Brayton” daha əvvəl yarımmüdafiəçi üçün təxminən 117 milyon avro tələb edib ki, bu da transferin reallaşmasını çətinləşdirib.
Hazırda Balebanın transferi uğrunda mübarizəyə “Nyukasl”ın da qoşulduğu qeyd olunur.
Qeyd edək ki, Karlos Baleba ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 35 oyunda meydana çıxıb. Kamerunlu futbolçu həmin qarşılaşmalarda heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.