18 avqust 2026. Çərşənbə axşamı

“Tottenhem” Berqvall üçün 70 milyon avro tələb edir


  • Transfer
  • 23:37 17.08.2026
  • Oxunma sayı: 33
“Tottenhem” Berqvall üçün 70 milyon avro tələb edir

İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Lukas Berqvall yay transfer pəncərəsi bağlanana qədər komandadan ayrıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı isveçli futbolçu “Nyukasl” və “Nottingem Forest” klublarının transfer siyahısında qalmaqda davam edir. Hər iki komandanın yay transfer pəncərəsinin son günlərində Bergvallın keçidi üçün cəhd edəcəyi gözlənilir.

Mənbənin məlumatına görə, “Tottenhem” yalnız 70 milyon avroluq təklif alacağı təqdirdə yarımmüdafiəçinin satışına razılıq verə bilər.

Qeyd edək ki, Berqvall ötən mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. İsveçli futbolçunun “Tottenhem”lə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.







Transfer