18 avqust 2026. Çərşənbə axşamı

“Verder” keçmiş hücumçusunu geri qaytarır


  • Transfer
  • 23:41 17.08.2026
  • Oxunma sayı: 37
“Verder” keçmiş hücumçusunu geri qaytarır

Almaniyanın “Verder” klubu “Vest Hem”in hücumçusu Niklas Füllkruqu icarəyə götürməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sky Germany” məlumat yayıb.

33 yaşlı forvardın bazar ertəsi axşam Almaniyaya yola düşəcəyi, çərşənbə axşamı isə tibbi müayinədən keçəcəyi gözlənilir.

Bildirilir ki, Füllkruq Bremen təmsilçisinin formasını yenidən geyinmək üçün maaşında ciddi endirimə getməyə hazırdır. Almaniyalı hücumçu 2019-2023-cü illərdə “Verder”də çıxış edib. Daha sonra Dortmund “Borussiya”sına keçən futbolçu 27 milyon avro qarşılığında “Vest Hem”ə transfer olunub.

Füllkruqun London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, forvard ötən mövsüm “Vest Hem”in heyətində 9 oyuna çıxıb və qol vura bilməyib. O, daha sonra icarə əsasında “Milan”da çıxış edib və 20 matçda 1 qolla yadda qalıb.







Transfer