- Transfer
- 23:53 17.08.2026
“Roma” “Milan”ın hücumçusu Rafael Leau ilə maraqlanır.
90deqiqe.Az-ın məlumatına görə, futbolçunun agenti Jorje Mendeş 27 yaşlı forvardın xidmətlərini "сanavarlar"a təklif edib. Bildirilir ki, agent bu məsələ ilə bağlı klubun sahibləri ilə şəxsən əlaqə saxlayıb.
“Milan”ın da Leau üçün tələb etdiyi məbləği aşağı saldığı qeyd olunur. “Rossoneri”nin portuqaliyalı futbolçunun satışından ilkin olaraq gözlənilən 60 milyon avro əvəzinə təxminən 40 milyon avro qazanmağa razı olduğu bildirilir.
Leau özü yayın əvvəlində karyerasını başqa çempionatda davam etdirmək istədiyini açıqlamışdı. Lakin onun üçün alıcı tapmaq asan olmayıb.
Qeyd edək ki, “Milan”ın Leauya mümkün əvəzləyici kimi “Strasbur”un vingeri Dieqo Moreyranı transfer etməyə yaxın olduğu bildirilir. İtaliya klubu 22 yaşlı futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır.