- Transfer
- 23:53 17.08.2026
İngiltərənin “Arsenal” klubu “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin transferini nəzərdən keçirməkdə davam edir.
90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi nigeriyalı forvardın keçidi ilə maraqlandığını İstanbul klubuna məktubla bildirib. Lakin “Qalatasaray” artıq rəsmi təklif gözləyir.
İstanbul təmsilçisinin prezidenti Dursun Özbekin Osimheni 130 milyon avrodan aşağı məbləğə satmaq niyyətində olmadığı bildirilir. “Arsenal” rəhbərliyinin də bu tələbdən xəbərdar olduğu qeyd edilir.
Qeyd edək ki, “Transfermarkt” portalı 27 yaşlı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir. Osimhenin “Qalatasaray”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.