- Transfer
- 23:58 18.08.2026
“Aston Villa” “Vest Hem”in müdafiəçisi Aaron Uan-Bissakanın transferi ilə bağlı danışıqlar aparır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Athletic" məlumat yayıb.
Birmingem təmsilçisi ilkin olaraq futbolçunu sadə icarə əsasında heyətinə qatmağı təklif etsə də, “Vest Hem” bu təklifdən imtina edib. Hazırda tərəflər müəyyən şərtlərin yerinə yetiriləcəyi təqdirdə futbolçunun məcburi və ya opsion əsasında satın alınmasını nəzərdə tutan variant üzərində müzakirələr aparırlar.
“Aston Villa”nın baş məşqçisi Unai Emeri sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək və Matty Keş üçün rəqabət yaratmaq istəyir. Uan-Bissaka da bu mövqedə əsas namizədlərdən biri hesab olunur.
Konqo Demokratik Respublikasının millisinin üzvü olan 28 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 25 oyunda meydana çıxıb. Onun çıxış etdiyi “Vest Hem” mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edərək Çempionşipə düşüb.
“Transfermarkt” portalı Uan-Bissakanın hazırkı bazar dəyərini 25 milyon avro qiymətləndirir.