19 avqust 2026. Çərşənbə

“Barselona” Kanselunun transferini açıqlamağı təxirə salıb


  • Transfer
  • 23:36 18.08.2026
  • Oxunma sayı: 30
“Barselona” Kanselunun transferini açıqlamağı təxirə salıb

“Barselona”nın portuqaliyalı müdafiəçi Joau Kanselunun transferini rəsmən açıqlaması bir qədər gecikəcək.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu 32 yaşlı futbolçu ilə müqavilənin şərtləri barədə razılığa gəlib. Lakin Kanselunun təqdimatı çərşənbə günü keçiriləcək “Qamper Kuboku”nda Misirin “Əl-Əhli” komandası ilə oyundan əvvəl baş tutmayacaq.

Bildirilir ki, transferlə bağlı heç bir problem yoxdur. Elanın gecikməsi yalnız kiçik bürokratik məsələlərlə əlaqədardır. Klubun keçidi daha sonra rəsmən açıqlayacağı gözlənilir.

Kanselu “Əl-Hilal” ilə müqaviləsinin ləğvi ilə bağlı məsələləri də razılaşdırıb. Beləliklə, portuqaliyalı futbolçu “Barselona”ya azad agent statusunda keçəcək.

Qeyd edək ki, “Barselona” çərşənbə axşamı yarımmüdafiəçi Rodrinin transferini də rəsmən elan edib.







Transfer