19 avqust 2026. Çərşənbə

“Nyukasl” “Mançester Siti”nin futbolçusu ilə bağlı danışıqlara başlayıb


  • Transfer
  • 23:44 18.08.2026
  • Oxunma sayı: 33
“Nyukasl” “Mançester Siti”nin futbolçusu ilə bağlı danışıqlara başlayıb

“Nyukasl” “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Niko Qonzalesin transferi ilə bağlı danışıqlar aparır.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, "sağsağanlar” yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Klub bu mövqedə Sandro Tonalinin “Tottenhem”ə, Bruno Quimaraynşın isə “Arsenal”a keçidindən sonra yaranan boşluğu doldurmağa çalışır.

Qonzales 2025-ci ilin yanvarında “Portu”dan “Mançester Siti”yə 60 milyon avro qarşılığında transfer olunub. 24 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxaraq 2 qol vurub. O, yanvar ayından sonra İngiltərə Premyer Liqasında cəmi iki dəfə start heyətində yer alıb.

Buna baxmayaraq, Qonzales daha əvvəl “Mançester Siti”də aldığı oyun vaxtından razı olduğunu və komandada qalmaq istədiyini bildirib.

“Nyukasl” bu yay artıq 6 futbolçu ilə müqavilə imzalayıb. Lakin komandanın yeni baş məşqçisi Matias Yayssle yarımmüdafiə xəttinin daha da gücləndirilməsini istəyir.

Qonzalesin transferi ilə bağlı klublar arasında danışıqlar davam edir.







Transfer