- Transfer
- 01:35 19.08.2026
“Yuventus” qapıçı Qulyelmo Vikarionun transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki,Turin təmsilçisi 29 yaşlı italiyalı qapıçını “Tottenhem”dən icarəyə götürüb. Müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.
Daha əvvəl jurnalist Fabrizio Romano Vikario ilə bağlı razılaşmanın futbolçunun satın alınması üçün məcburi olmayan şərtlə icarəni nəzərdə tutduğunu bildirmişdi.
Vikario 2023-cü ilin yayından “Tottenhem”in formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib və bu görüşlərin 13-də qapısını toxunulmaz saxlayıb.
İtaliyalı qolkiperin London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 18 milyon avro qiymətləndirir.