19 avqust 2026. Çərşənbə

“Arsenal” Kənan Yıldız üçün “Yuventus”la əlaqə saxlayacaq


  • Transfer
  • 23:57 18.08.2026
  • Oxunma sayı: 26
“Arsenal” Kənan Yıldız üçün “Yuventus”la əlaqə saxlayacaq

“Arsenal” “Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Kənan Yıldıza marağını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, “topçular”ın baş məşqçisi Mikel Arteta türkiyəli futbolçunun transferində xüsusilə maraqlıdır.

Mənbənin iddiasına əsasən, London klubu Yıldızı heyətinə qatmaqda qərarlıdır və yaxın vaxtlarda transfer məsələsini müzakirə etmək üçün “Yuventus” rəhbərliyi ilə əlaqə saxlamağı planlaşdırır.

“Transfermarkt” portalı 21 yaşlı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir.

Yıldız ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 47 oyuna çıxıb. Türkiyə millisinin üzvü bu görüşlərdə 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer