- Transfer
- 01:35 19.08.2026
“Milan”ın hücumçusu Kristofer Nkunku “Qalatasaray”a keçidlə bağlı danışıqlar aparmaqdan imtina edib.
90deqiqe.Az-ın məlumatına görə İstanbul klubu fransalı futbolçu ilə bağlı sorğu göndərib. Lakin Nkunku dərhal “Qalatasaray”a keçməkdə maraqlı olmadığını bildirib.
Hücumçunun “Leypsiq”ə qayıtması variantı isə hələ də gündəmdədir. Bununla belə, Nkunkuya başqa klublardan da təkliflər var və 28 yaşlı futbolçu gələcəyi ilə bağlı hələ yekun qərarını verməyib.
Qeyd edək ki, daha əvvəl “Milan”ın bu transfer pəncərəsində Nkunku ilə yollarını ayırmağa hazır olduğu barədə məlumat yayılmışdı.
Fransalı hücumçunun “rossoneri” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.