3 oktyabr 2026. Şənbə

“Nyukasl” Amar Dediçi transfer etdi


  • Transfer
  • 13:32 18.08.2026
  • Oxunma sayı: 134
“Nyukasl” Amar Dediçi transfer etdi

İngiltərənin “Nyukasl” klubu Portuqaliyanın “Benfika” komandasında çıxış edən Amar Dediçin transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 24 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bosniya və Herseqovina millisinin üzvünün keçidi “Nyukasl”a 35 milyon avroya başa gəlib.

Amar Dediç yeni komandasında 37 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, futbolçu 2025-ci ilin iyulunda Avstriyanın “Zalsburq” klubundan 12 milyon avro qarşılığında “Benfika”ya transfer olunmuşdu. O, ötən mövsüm Portuqaliya çempionatında 24 oyunda meydana çıxaraq 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer