3 oktyabr 2026. Şənbə

“Borussiya Dortmund” Coui Vermanı transfer etdi


  • Transfer
  • 13:44 18.08.2026
  • Oxunma sayı: 162
“Borussiya Dortmund” Coui Vermanı transfer etdi

Almaniyanın “Borussiya Dortmund” klubu Niderlandın PSV komandasının futbolçusu Coui Vermanın transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Niderland millisinin yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Transferdən PSV 22 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Coui Verman 2025/2026 mövsümündə Niderland çempionatında 30 oyunda meydana çıxıb. 28 yaşlı futbolçu bu matçlarda 8 qol vurub və 14 məhsuldar ötürmə edib.

Beləliklə, Verman yeni mövsümdən etibarən karyerasını “Borussiya Dortmund”da davam etdirəcək.







Transfer