19 avqust 2026. Çərşənbə

“Bu, mənim üçün ilk seçim idi”


  • Transfer
  • 00:49 19.08.2026
  • Oxunma sayı: 37
“Bu, mənim üçün ilk seçim idi”

“Barselona”nın yeni transferi Rodri Ernandes “Mançester Siti”dən Kataloniya klubuna keçidi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Real Madrid”dən də təklif aldığını, lakin “Barselona”nı seçdiyini bildirib.

“Burada olduğum üçün çox xoşbəxtəm. Bu, mənim üçün xüsusi gündür və karyeramda yeni, mühüm səhifədir. Qərar vermək asan olmadı. Mənə hər şeyi bəxş edən “Mançester Siti”dən ayrıldım və buna görə həmişə minnətdar olacağam. Keçidimi asanlaşdırdığınız üçün sizə təşəkkür edirəm.

“Barselona” futbola baxışı və klubun dəyərləri sayəsində həmişə mənim üçün dünya səviyyəsində nümunə olub. Düzdür, başqa bir təklifim də var idi, amma “Barselona” mənim ilk seçimim idi. Mən bunu klub rəhbərliyinə də açıq şəkildə bildirdim”, – deyə Rodri “Barselona”dakı təqdimatı zamanı bildirib.







Transfer