19 avqust 2026. Çərşənbə

“Korintians”dan Memfis Depayla bağlı gözlənilməz qərar


  • Transfer
  • 01:06 19.08.2026
  • Oxunma sayı: 64
“Korintians”dan Memfis Depayla bağlı gözlənilməz qərar

Braziliyanın “Korintians” klubu niderlandlı futbolçu Memfis Depayla müqaviləni uzadıb.

 90deqiqe.Az xəbər verir ki, 32 yaşlı hücumçu ilə yeni sözləşmə 2028-ci ilin iyul ayının sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, cəmi bir həftə əvvəl klubun prezidenti Osmar Stabile Depayla yolların ayrılacağını açıqlamışdı. O, danışıqların nəticəsiz qalmasını “Korintians”ın mövcud iqtisadi vəziyyətlə əlaqədar yüksək maliyyə xərclərini qarşılaya bilməməsi ilə izah etmişdi.

Lakin tərəflər qısa müddət sonra razılığa gəliblər və niderlandlı futbolçu yeni müqaviləyə imza atıb.

Memfis Depay “Korintians”ın heyətində 79 rəsmi oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.







Transfer