19 avqust 2026. Çərşənbə

“Əl-Hilal”dan “Aston Villa”ya 45 milyon avroluq təklif


  • Transfer
  • 01:09 19.08.2026
  • Oxunma sayı: 39
“Əl-Hilal”dan “Aston Villa”ya 45 milyon avroluq təklif

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Aston Villa”nın hücumçusu Ollie Uotkins üçün rəsmi təklif göndərib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Səudiyyə nəhəngi 30 yaşlı futbolçu üçün bonuslar da daxil olmaqla 45 milyon avro təklif edib. Uotkinsin özü isə “Əl-Hilal”a keçməyə müsbət yanaşır. Bundan sonra transferin taleyi “Aston Villa” rəhbərliyinin qərarından asılı olacaq.

Qeyd edək ki, Birmingem təmsilçisi daha əvvəl “Əl-Hilal”ın Uotkins üçün göndərdiyi iki təklifi geri çevirib.

Transfermarkt portalı ingiltərəli hücumçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.

Uotkins “Aston Villa”nın heyətində ümumilikdə 278 oyuna çıxıb. O, bu görüşlərdə 108 qol vurub və 47 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer