- Transfer
- 01:35 19.08.2026
“Çelsi”nin vingeri Pedro Netunun Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçə biləcəyi ilə bağlı xəbərlər fonunda London təmsilçisinə yeni namizəd təklif olunub.
90deqiqe.Az xəbər verir ki, “Milan”ın və Portuqaliya millisinin ulduzu Rafael Leao “Çelsi”də həmyerlisi Pedro Netunun mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir.
Adı açıqlanmayan bir agent “Çelsi” rəhbərliyini Netunun yerinə Leao ilə müqavilə imzalamağa inandırmağa çalışır. Hazırda London klubunun 27 yaşlı futbolçunun transferində nə dərəcədə maraqlı olduğu məlum deyil.
Qeyd edək ki, Rafael Leao daha əvvəl bir neçə dəfə İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini açıqlayıb.
Portuqaliyalı vingerə Türkiyənin “Qalatasaray” klubunun da maraq göstərdiyi bildirilir. Bundan əlavə, futbolçunun xidmətləri İtaliyanın “Roma” klubuna da təklif olunub.