- Transfer
- 01:35 19.08.2026
“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandesin transferi ilə bağlı planından imtina etməyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O 25 yaşlı argentinalının namizədliyinin “şəhərlilər”in daxili toplantılarında hələ də müzakirə olunduğunu qeyd edib.
Fernandesin agenti Xavyer Pastore də futbolçusunun mümkün transferi ilə bağlı mütəmadi olaraq danışıqlar aparır.
“Mançester Siti”nin yenidən cəhd edərək “Çelsi” ilə danışıqlara başlamağa çalışması məni təəccübləndirməz”, - deyə Romano bildirib.
Qeyd edək ki, daha əvvəl “Çelsi”nin avqustun 14-dən sonra Enso Fernandes üçün daxil olacaq təkliflərə baxmayacağı bildirilib. Lakin bu müddətin başa çatmasına baxmayaraq, argentinalı yarımmüdafiəçinin mümkün gedişi ilə bağlı xəbərlər səngiməyib.