- Transfer
- 01:35 19.08.2026
“Yuventus” braziliyalı yarımmüdafiəçi Artur Melo ilə yolları ayırmaq niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, Turin təmsilçisi uzun müddətdir 30 yaşlı futbolçunun xidmətində maraqlı deyil. Onun klubla hazırkı müqaviləsi gələn ilin ortalarında başa çatır.
“Yuventus” artıq Artur Meloya müqaviləyə qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl xitam verməyi təklif edib. Hazırda tərəflər əməkdaşlığın erkən dayandırılmasının şərtlərini müzakirə edirlər.
Razılıq əldə olunacağı təqdirdə, braziliyalı futbolçu azad agent statusu qazanacaq və istədiyi klubla sərbəst şəkildə müqavilə imzalaya biləcək.
Qeyd edək ki, Artur Melo 2025/26 mövsümündə icarə əsasında Braziliyanın “Qremio” klubunda çıxış edib.