- Transfer
- 01:35 19.08.2026
“Liverpul” Fransa PSJ-nin vingerləri Bredli Barkola və İbraima Mbaye transferində əsas namizəd olaraq qalır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Romen Kole-Qoden məlumat yayıb.
PSJ 23 yaşlı fransalı Barkola və 18 yaşlı seneqallı Mbaye üçün ümumilikdə 175 milyon avro tələb edir. Məlumata görə, “Arsenal” da Barkolanın transferi uğrunda mübarizədən çəkilməyib. Buna baxmayaraq, futbolçunun “Liverpul”la şifahi razılığa gəldiyi bildirilir.
Daha əvvəl Paris klubunun hər iki futbolçunun satışından təxminən 200 milyon avro gəlir əldə etmək niyyətində olduğu barədə məlumat yayılmışdı.
Qeyd edək ki, “Transfermarkt” portalı Barkolanın bazar dəyərini 90 milyon avro, Mbaye isə 30 milyon avro qiymətləndirir.