20 avqust 2026. Cümə axşamı

"Benfika" Avstraliya millisinin müdafiəçisini transfer etdi


  • Transfer
  • 23:22 19.08.2026
  • Oxunma sayı: 34
"Benfika" Avstraliya millisinin müdafiəçisini transfer etdi

Portuqaliyanın “Benfika” klubu İtaliyanın “Parma” komandasından mərkəz müdafiəçisi Alessandro Çirkatini transfer edib.

 90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı avstraliyalı futbolçu ilə 2031-ci ilədək müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmasa da, “Transfermarkt” keçidin dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Çirkati “Parma” və “Pert Qlori”nin yetirməsidir. O, Avstraliya millisinin heyətində 17 oyun keçirib və 1 qol vurub. Müdafiəçi 2026-cı il dünya çempionatında da Avstraliya yığmasının heyətində yer alıb və komanda ilə birlikdə 1/16 final mərhələsinədək irəliləyib.

Çirkati ötən mövsüm “Parma”nın heyətində 33 matçda meydana çıxıb. O, bu görüşlərdə 1 qol vurub, 1 məhsuldar ötürmə edib və 6 sarı vərəqə ilə cəzalandırılıb.







Transfer