20 avqust 2026. Cümə axşamı

“Aston Villa” yaponiyalı qapıçı transfer edib


  • Transfer
  • 23:44 19.08.2026
  • Oxunma sayı: 35
“Aston Villa” yaponiyalı qapıçı transfer edib

“Aston Villa” İtaliyanın “Parma” klubunun yaponiyalı qapıçısı Dzion Sudzukini heyətinə qatıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Transferin maliyyə detalları açıqlanmayıb.

Daha əvvəl 23 yaşlı qolkiperin “Aston Villa”ya keçidinin bonuslar da daxil olmaqla 35 milyon avroya başa gələcəyi bildirilirdi. Sudzukinin Birmingem təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayacağı qeyd olunmuşdu.

Yaponiyalı qapıçı 2024-cü ildən “Parma”nın formasını geyinirdi. O, bu müddətdə bütün turnirlərdə 59 oyuna çıxıb, 83 qol buraxıb və 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

“Aston Villa” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 23-də “Brayton”a qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.







Transfer