20 avqust 2026. Cümə axşamı

“Barselona” Livakoviç üçün “Fənərbağça” ilə danışıqlar aparır


  • Transfer
  • 23:47 19.08.2026
  • Oxunma sayı: 33
“Barselona” Livakoviç üçün “Fənərbağça” ilə danışıqlar aparır

“Barselona” Türkiyənin “Fənərbağça” klubunun qapıçısı Dominik Livakoviçin transferi ilə bağlı danışıqlar aparır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir. 31 yaşlı xorvatiyalı qolkiperin transferinin bonuslar nəzərə alınmadan Kataloniya klubuna təxminən 3 milyon avroya başa gələcəyi gözlənilir.

Məlumata görə, transfer rəsmiləşdikdən sonra Livakoviç bir mövsüm icarə əsasında Zaqreb “Dinamo”sunda çıxış edəcək. Qapıçı 2027-ci ilin yayında isə “Barselona”ya qoşulacaq.

Kataloniya təmsilçisi xorvatiyalı qapıçını müqaviləsi gələn yay başa çatacaq Voyçex Şçensninin gələcək əvəzləyicisi kimi nəzərdən keçirir.

Komandanın əsas qapıçısı isə Joan Qarsiya olaraq qalacaq.







Transfer