- Transfer
- 00:48 20.08.2026
Niderlandlı yarımmüdafiəçi Ticanı Reynders “Mançester Siti”dən Səudiyyə Ərəbistanının “Əl-Qadisiyə” klubuna transfer olunub.
90deqiqe.Az xəbər verir ki, Səudiyyə təmsilçisi 28 yaşlı futbolçunun yeni komandanın formasında görüntülərinin yer aldığı video yayımlayıb.
Reyndersin “Əl-Qadisiyə” ilə müqaviləsinin müddəti hələlik açıqlanmayıb. Transferin bütün detalları klub tərəfindən rəsmi açıqlamadan sonra məlum olacaq.
Daha əvvəl mətbuatda niderlandlı futbolçunun yeni klubunda karyerası ərzində 100 milyon avrodan çox gəlir əldə edə biləcəyi barədə məlumatlar yayılmışdı.
“Əl-Qadisiyə”yə vaxtilə “Liverpul”u çalışdırmış Brendan Rocers rəhbərlik edir. Komanda Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Şəbab”ı 3:1 hesabı ilə məğlub edib.
“Əl-Qadisiyə” növbəti oyununu avqustun 21-də doğma meydanda “Əl-İttihad”a qarşı keçirəcək.