20 avqust 2026. Cümə axşamı

Darvin Nunes Səudiyyə Ərəbistanında klubunu dəyişir


  • Transfer
  • 23:55 19.08.2026
  • Oxunma sayı: 29
Darvin Nunes Səudiyyə Ərəbistanında klubunu dəyişir

“Əl-Hilal”ın hücumçusu Darvin Nunes “Əl-Diriyə”yə keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının iki klubu transferlə bağlı razılığa gəlib. Məşhur insayder Fabrizio Romano-nun məlumatına görə, uruqvaylı forvard “Əl-Diriyə”yə 2027-ci ilin iyununa qədər icarə əsasında keçəcək.

Müqaviləyə əsasən, Nunesin maaşını tam şəkildə yeni klubu ödəyəcək. Razılaşmada futbolçunun gələcəkdə birdəfəlik transferi üçün satınalma bəndinin yer almadığı bildirilir.

Darvin Nunes 2025-ci ilin avqustundan “Əl-Hilal”da çıxış edir. O, “Liverpul”dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanı klubuna keçib.

28 yaşlı hücumçu “Əl-Hilal”ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer