- Transfer
- 01:55 20.08.2026
“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Article” məlumat yayıb.
Mənbənin məlumatına görə, klublar kamerunlu futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Keçidin ümumi məbləği bonuslar da daxil olmaqla 84 milyon avro təşkil edəcək.
22 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”lə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Balebanın yaxın 24 saat ərzində tibbi müayinədən keçəcəyi və müqaviləyə imza atacağı gözlənilir.
Kamerunlu futbolçu ötən mövsüm bütün turnirlərdə 35 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Qeyd edək ki, “Transfermarkt” Balebanın hazırkı bazar dəyərini 55 milyon avro qiymətləndirir.