- Transfer
- 01:55 20.08.2026
“Mançester Siti” heyətində yenidənqurma çərçivəsində “Roma”nın yarımmüdafiəçisi Manu Koneni transfer etmək istəyir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Daily Mail” məlumat yayıb.
25 yaşlı fransalı futbolçu Rodri və Ticanı Reyndersin komandadan ayrılmasından sonra “şəhərlilər”in yarımmüdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab olunur.
Kone son iki mövsümdür “Roma”nın formasını geyinir. O, A Seriyasında 63 matçda meydana çıxıb və 4 qol vurub. Fransa millisinin üzvü olan yarımmüdafiəçinin milli komandada 19 oyunu var.
Dinamik oyunu və topsuz mübarizədə effektivliyi ilə seçilən Kone “Mançester Siti”nin diqqətini cəlb edib.
Məlumata görə, “Roma” fransalı futbolçunun transferinə təxminən 59 milyon avro qarşılığında razı ola bilər.
Qeyd edək ki, daha əvvəl “Mançester Yunayted” və “Çelsi” də Manu Koneyə maraq göstərib.