20 avqust 2026. Cümə axşamı

“Qalatasaray” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 01:18 20.08.2026
  • Oxunma sayı: 36
“Qalatasaray” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir

“Qalatasaray” “Atletiko”nun norveçli hücumçusu Aleksandr Sörlotu transfer etmək istəyir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football Norge” məlumat yayıb.

İstanbul təmsilçisi Viktor Osimhenin komandadan ayrılacağı təqdirdə Sörlotu nigeriyalı forvardın mümkün əvəzləyicisi kimi nəzərdən keçirir. “Qalatasaray” norveçli futbolçu uğrunda “Nyukasl”la mübarizə aparmağa hazırdır.

“Nyukasl”ın da uzun müddətdir Sörlotun xidmətində maraqlı olduğu bildirilir.

“Atletiko” 30 yaşlı futbolçunu heyətində saxlamaq istəyir. Lakin digər klubların artan marağı Madrid təmsilçisini Sörlotun transferinə razılaşmağa vadar edə bilər.

Norveçli hücumçu ötən mövsüm La Liqada 35 matçda 13 qol vurub. “Transfermarkt” portalı onun hazırkı bazar dəyərini 18 milyon avro qiymətləndirir.







Transfer