20 avqust 2026. Cümə axşamı

“Latsio” Xorvatiya millisinin müdafiəçisini icarəyə götürür


  • Transfer
  • 01:20 20.08.2026
  • Oxunma sayı: 39
“Latsio” Xorvatiya millisinin müdafiəçisini icarəyə götürür

“Latsio” “Ayaks” və Xorvatiya millisinin müdafiəçisi Yosip Şutalonun transferi ilə bağlı razılığa gəlməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” məlumat yayıb.

Roma klubunun 25 yaşlı futbolçunun bir mövsümlük icarəsi üçün “Ayaks”a 3 milyon avro ödəyəcəyi bildirilir. Razılaşmada müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə məcburi satınalma bəndinin də yer alacağı qeyd olunur.

Şutalo 2023-cü ilin yayında Zaqreb “Dinamo”sundan 22 milyon avro qarşılığında “Ayaks”a keçib. O, ötən mövsüm Niderland klubunun heyətində 31 matçda meydana çıxıb və orta hesabla hər oyunda 73 dəqiqə meydanda olub. Müdafiəçi bu qarşılaşmalarda 1 sarı vərəqə alıb, məhsuldar fəaliyyəti ilə seçilməyib.

Məlumata görə, Şutalonun transferi “Ayaks”ın idman direktoru Jordi Kroyffa klubun maaş büdcəsində yer açmağa imkan verəcək.







Transfer