- Transfer
- 01:55 20.08.2026
“Liverpul”un niderlandlı hücumçusu Kodi Qakpo “Tottenhem”ə transfer oluna bilər.
90deqiqe.Az xəbər verir ki, London klubu transferin baş tutmayacağı ilə bağlı yayılan xəbərlərə baxmayaraq, 27 yaşlı futbolçunun keçidi üzərində işini davam etdirir.
Məlumata görə, Qakponun özü “Tottenhem”ə keçməkdə maraqlıdır. Bu səbəbdən futbolçunun şəxsi müqaviləsinin şərtlərinin razılaşdırılması London təmsilçisi üçün problem deyil.
“Tottenhem”in qarşısında duran əsas məsələ transfer məbləği ilə bağlı “Liverpul”la razılığa gəlməkdir.
Qeyd edək ki, Kodi Qakpo ötən mövsüm bütün turnirlərdə 52 matçda meydana çıxıb. Niderlandlı forvard bu qarşılaşmalarda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalına əsasən, Qakponun hazırkı bazar dəyəri 60 milyon avrodur.